Dünya 12:48 08.05.2019

Kabildə güclü partlayış

Əfqanıstanın paytaxtı Kabilda böyük partlayış meydana gəlib.

Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, partlayışdan sonra təhlükəsizlik qüvvələri və terrorçular arasında silahlı qarşıdurma yaşanıb. Hadisənin detalları, zərərçəkənlər barədə məlumat verilmir. Əraziyə polis və təcili yardım qrupu cəlb edilib.

Qeyd edək ki, ötən dövlərdə Taliban terror təşkilatı təhlükəsizlik əməkdaşlarını və xarici qüvvələri hədəf alan hücumları artıracağını açıqlamışdı. 

Gülşən