Dünya 12:48 04.06.2018

Kabildə din xadimləri hədəf alındı: 8 ölü, 9 yaralı

Əfqanıstanın paytaxtı Kabildə növbəti terakt törədilib.

Qaynarinfo xəbər verir ki, terrorçular bir araya toplaşan din adamlarını hədəf alıb. Hücum zamanı azı 8 nəfər ölüb, 9 nəfər isə yaralanıb. Ölülərin sayının artması ehtimal edilir. 

Qeyd edək ki, hücum Əfqan Üləma Məclisinin görüşünə edilib. Teraktdan sonra din xadimləri hücum əleyhinə fətva ilə çıxış ediblər.

Partlayışı hələlik heç bir terror qrupu öz üzərinə götürməyib.

Gülşən