Dünya 12:26 28.12.2017

Kabildə partalayış: 40 ölü, 30 yaralı

Əfqanıstanın paytaxtı Kabildə Şiə mədəniyyət və dini təşkilatına qarşı terror aktı törədilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, daxili işlər nazirliyi 3 partlayışın baş verdiyini açıqlayıb. Nəticədə 40 nəfər ölüb, 30 nəfər yaralanıb. Çox sayda insan xəstəxanaya aparılıb. 

Hücumun İŞİD terror təşkilatı tərəfindən törədildiyi ehtimallar arasındadır.

Qeyd edək ki, oktyabrda Şiələrə qarşı törədilmiş teraktda 39 nəfər dünyasını dəyişmişdi.

Gülşən