Dünya 18:48 15.08.2018

Kabildə təhsil müəssisəsinə hücum: 25 ölü, 35 yaralı

Əfqanıstanın paytaxtı Kabildə yerləşən Mavud təhsil müəssisəsində törədilən teraktda ölənlərin sayı 25-ə çatıb.

Qaynarinfo Tolo News-a istinadən xəbər verir ki, hadisə tələbələr sinifdə olan zamanı baş verib. Partlayışda yaralananların sayı 35-dir. Əraziyə çox sayda təcili yardım qrupu cəlb edilib. 

Taliban hücuma görə məsuliyyət daşımadığını açıqlayıb.

Gülşən