Video 09:49 12.10.2018

Kadırov Həbibə fəxri ad və avtomobil verdi (VİDEO)

Çeçenistanın lideri Ramzan Kadırov Las-Veqasda yüngül çəkidə UFC çempionu adı uğrunda döyüşdə Konor Makqreqoru məğlub edən Həbib Nurməhəmmədovu qəbul edib.

Qaynarinfo xəbər verir ki, Kadırov qələbə münasibətilə Nurməhəmmədovu təbrik edib və ona "Qroznı şəhərinin fəxri vətəndaşı" fəxri adını və medalını təqdim edib.

Atası Əbdülmanap Nurməhəmmədov isə "Çeçenistanın əməkdar idman işçisi" fəxri adına layiq görülüb.

Bununla yanaşı Kadırov Həbib avtomobil də hədiyyə edib.