Foto 13:39 01.09.2020

Kadırov, Maduro, Putin, Kabaeva... – Lukaşenkonu kimlər təbrik etdi? (VİDEO)

Dünən, 31 avqust, Aleksandr Lukaşenkonun 66 yaşı tamam olub. 

Qaynarinfo xəbər verir ki, onu bir sıra xarici liderlər, tanınmış şəxslər təbrik edib. 

Kremlin saytı Vladimir Putinin Lukaşenkonu telefonla təbrik etdiyini yazır. Söhbət əsnasında liderlər iki ölkənin müttəfiqliyini daha da möhkəmləndirmək və bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək niyyətlərini təsdiq ediblər.

Patriarx Kirill Belarus sakinlərinin Lukaşenko tərəfdarı olmasını arzulayıb.

Çeçenistanın lideri Ramzan Kadırov uzun illərdir "uğurlu və müdrik siyasət” yürüdən Lukaşenkoya böyük hörmət etdiyini bildirib.

Aleksandr Lukaşenkonun mətbuat xidməti onu ad günü münasibətilə təbrik edən xarici liderlərin və məşhur insanların siyahısını da yayımlayıb. Bəzi təbriklərin telefonla, bəzilərinin teleqramlarla elan edildiyi bildirilir.

Qazaxıstan Prezidenti Kassım-Jomart Tokayev

Tacikistan Prezidenti Emoməli Rəhmon

Çin Xalq Respublikasının sədri Si Szinpin

Venesuela Prezidenti Nikolas Maduro

Azərbaycan Prezidenti İlham Əliyev

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov

Misir Prezidenti Əbdülfəttah əs-Sisi

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev

Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko

Kommunist Partiyasının lideri Gennadi Züqanov

İdmançı Alina Kabaeva

Rusiya Baş naziri Mixail Mişustin

MDB İcra katibi Sergey Lebedev

Rusiya Dövlət Dumasının sədri Viaçeslav Volodin

"Ədalətli Rusiya" partiyasının sədri Sergey Mironov

Tatarıstan Prezidenti Rüstəm Minnixanov

Rəssam Nikas Safronov

Aleksandr Lukaşenko Belarus təhlükəsizlik qüvvələri tərəfindən də təbrik edilib.

Daxili İşlər Nazirliyinin daxili qoşunlarından onlarla əsgər parad meydanında elə düzülüb ki, yuxarıdan baxanda "Batya, təbrik edirik!” yazısı görünüb. İki əsgərin Belarusun dövlət bayrağını necə tutduğunu da görmək olar.

Daxili İşlər Nazirliyinin əməkdaşları isə xidməti maşınlardan "Ad gününüz mübarək, ura!!!” ifadəsini düzəldiblər.

Nida işarələrindəki nöqtələr xidməti motosikllərdən istifadə edilərək hazırlanıb. Daha təsirli olmaq üçün bütün avtomobillərə yanıb-sönən işıqlar daxil edilib.
 
Alpər