Video 14:50 08.03.2019

Kaliforniyada inanılmaz görüntü: beş dəqiqədə 1500 şimşək çaxdı (VİDEO)

Martın 5-də ABŞ-ın Kaliforniya ştatının cənubunda güclü fırtına olub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Santa-Barbara bölgəsində, Los-Ancelesdə 5 dəqiqə ərzində 1500 ildırım düşməsi müşahidə edilib.

Meteoroloqların fikrincə Cənubi Kaliforniyada bu qədər şimşək çaxması anormal dərəcədə çoxdur, eyni zamanda fırtınalar da bu bölgə üçün tipik deyil. Fırtına ciddi zərər vurmayıb, lakin ildırımlardan biri Sietla uçan Delta Air Linesa düşüb. Bu səbəbdən təyyarə Los-Ancelesə geri qayıtmaq məcburiyyətində qalıb.

Təbiət hadisəsini müşahidə edənlər müxtəlif sosial şəbəkələrdə maraqlı videolar paylaşıblar. Onlardan bəzilərini təqdim edirik: