Dünya 10:18 30.07.2018

Kaliforniyada yanğın davam edir: 6 ölü, 7 itkin

ABŞ-ın Kaliforniya ştatında müşahidə edilən meşə yanğınlarını söndürmək hələ də mümkün olmayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərin sayı 6 nəfərə çatıb, 7 nəfər itkin var. 500 bina zərər görüb, 50 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb. 

17 ərazidə qeydə alınan yanğını söndürmək üçün 12 min yanğınsöndürən cəlb edilib. 

Qeyd edək ki, ötən günlərdə Kaliforniyada fövqəladə vəziyyət elan edilmişdi.

Gülşən