Dünya 12:31 02.08.2018

Kaliforniyada yeni meşə yanğını başladı

ABŞ-ın Kaliforniya ştatında yeni meşə yanğını başlayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, yanğın Kovelo kəndində başlayıb. 60 tikilidə yaşayan şəxslərin təxliyəsi barədə əmr verilib.

Qeyd edək ki, ştatda ötən həftədən başlayan yanğınlar səbəbilə 8 nəfər dünyasını dəyişib, 50 min nəfər təxliyə edilib, 818 ev tamamilə yanıb, 165 tikiliyə isə qismən zərər dəyib.

Gülşən