Ölkə 09:37 06.03.2020

“KamAZ” “Renault”la toqquşdu - 3 nəfər öldü

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonunda "KamAZ” markalı yük avtomobili və "Renault” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

FHN-dən Qaynarinfo-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 3 nəfər, sürücü Elxan Əhmədov, sərnişinləri Şamo Əliyev və Turan Əsgərovun meyitləri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriliblə