Dünya 12:40 23.06.2019

Kambocada bina çökdü: 18 ölü, 24 yaralı var

Cənub-şərqi Asiya ölkəsi Kambocada 7 mərtəbəli bina çöküb.

Qaynarinfo Voice of America-ya istinadən xəbər verir ki, Sihanoukvil qəsəbəsində inşası davam edən binanın uçması 18 işçinin ölümü, 24 nəfərin yaralanması ilə nəticələnib. Səhərə yaxın baş verən hadisə zamanı tikilidə 50 fəhlə olub.

Qəzada ittiham edilən 4 nəfər polis tərəfindən saxlanılıb.

Gülşən