Maqazin 14:01 12.03.2019

Məhkəmə Kamil Zeynallı ilə bağlı qərar verdi (YENİLƏNİB)

Polis idman təlimçisi Kamil Zeynallını saxlayıb.

Bu barədə Report məlumat yayıb.

K.Zeynallı Nərimanov Rayon Məhkəməsinə aparılıb. Məhkəmənin onun əməli ilə bağlı qərar verəcəyi gözlənilir.

O, İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunur.
 
***
 
İdmançının həyat yoldaşı, müğənni Gülay Zeynallı Axşam.az-a açıqlamasında məsələ ilə bağlı danışıb. O, Kamilin hazırda azadlıqda olduğunu deyib:

"Bayaqdan telefonum susmur. Hazırda tədbirdəyəm. Kamil isə qızımızla birlikdədir. Kamili niyə polis saxlasın ki? Kamil adamöldürən, adamdöyən, xuliqan deyil ki...".

Gülay ərinin hazırda azadlıqda olduğunu desə də, Kamilin telefonuna zəng çatmır. 
 
***
 
İdmançı Kamil Zeynallıya 10 sutka həbs cəzası verilib.

Qaynarinfo REAL-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Kamil Zeynallıya 10 sutka inzibati həbs cəzası verilib. O, Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına göndərilib. Onun həbs edilməsinə səbəb Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ətrafdakılara söyüş söyməsidir.