İdman 22:16 04.11.2017

Kamran Ağayev meydandan qovuldu

Çexiya çempionatında XIII turun oyunları keçirilir. "Qaynarinfo" xəbər verir ki, Kamran Ağayevin çıxış etdyii "Mlada Boleslav" "Banik"in qonağı olub.

14-cü dəqiqədə hesabı açan "Mlada Boleslav" qələbə qazanıb - 1:0. Start heyətində yer alan Kamran Ağayev 73-75-ci dəqiqələrdə sarı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, "Mlada Boleslav" 13 oyundan sonra 8 xalla "Karvina" və "Brno" ilə birlikdə son 3 pilləni bölüşür.

Qaynarinfo.Az