Dünya 12:42 22.10.2018

Kanadada marixuana qıtlığı: vətəndaşlar qəzəbləndi

Marixuananın leqal hesab olunduğu Kanadada narkotik vasitəni əldə etmək müşkülə çevrilib.

Qaynarinfo Independent-ə istinadən xəbər verir ki, satışla məşğul olan mağaza sahibləri uzun növbələr və qəzəbli kütlə ilə mübarizə apara bilmədikləri üçün polisə müraciət edirlər. 

Marixuananın leqallaşdırılma proqramına rəhbərlik etmiş sabiq Toronto polis rəisi Bill Bleyr bildirib ki, ölkə marixuana ehtiyacını ödəməkdə aciz qalıb. 

Qeyd edək ki, marixuana 17 oktyabrda leqallaşdırılıb. Qanuna görə, hər bir şəxs ictimai yerdə 30 qram marixuana daşıya və hər bir ailə 4 kol yetişdirə bilər.

Gülşən