Dünya 14:35 31.01.2019

Kanadanın Kuba səfirliyində sirli xəstəlik

Kanadanın Kubada yerləşən səfirliyinin işçilərinə beyin xəstəliyi diaqnozu qoyulub.

Qaynarinfo xəbər verir ki, səfirlikdə çalışan 14 diplomatda baş fırlanması, baş ağrısı, ürəkbulanma, yorğunluq, eşitmə və görmə itkisi, müvazinətini itirmə, diqqət dağınıqlığı müəyyənləşdirilib. Daha əvvəl oxşar problemlər 25 amerikalı diplomatda müşahidə edilmişdi. Kanada xarici işlər nazirliyi məsələ ilə bağlı açıqlama verərək səfirlikdə təhlükəsizliyin artırıldığını, işçilərin 50% azaldıldığını bildirib. 

Amerikalı diplomatları müalicə edən Pensilvaniya Universitetinin mütəxəssisləri yeni beyin xəstəliyi ehtimalından söz açıblar.

Gülşən