Ölkə 13:42 06.08.2017

Kanalda boğulan gəncin qohumları Bakı-Qazax magistralını bağladılar (FOTOLAR)

Bu gün saat 11.30 radələrindən etibarən Bakı-Qazax magistral yolunda nəqliyyatın hərəkəti dayandığı üçün uzun tıxac yaranıb.

"Qaynarinfo" musavat.com-a istinadən xəbər verir ki, yolu avqustun 5-də İmişli kanalında boğulan 23 yaşlı Elvin Paşayevin qohumları bağlayıb.

Onlar kanalın suyunun kəsilməsini və batmış gəncin axtarışlarının aparılmasını tələb edir. 1 uşaq atası olan E.Paşayev Qobustan sakini olduğundan yolun Qobustan ərazisindən keçən hissəsi kəsilib.

Mərhumun əmisi oğlu dedi ki, 200-ə yaxın adam axtarışa başlayıb: "Amma suyun qabağı kəsilməsə, tapa bilməyəcəyik. Yalvarıram, kömək edin!"

Hadisə yerinə çoxsaylı vətəndaşlar gəlib.

Qaynarinfo.Az