Milli Məclis Aparat rəhbəri xidmətinin məsləhətçisi Rəmzi Şükürov işdən çıxarılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Milli Məclisdən məlumat verilib.
Bildirilib ki, bununla bağlı parlamentin Aparat rəhbəri Səfa Mirzəyev müvafiq əmr imzalayıb.
Qeyd edək ki, R.Şükürov Bakı-Ələt yolundakı karantin postunda polislərin qanuni əmrlərinə tabe olmayaraq yol qurğularını qırıb və maşınla ərazidən uzaqlaşıb.
Şərhlər