Maqazin 20:10 27.03.2020

"Karantindən sonra toy qiymətlərinə 50 faiz endirim edəcəm"

Müğənni Nura Suri toy qiymətində endirim edib.

Qaynarinfo xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkədə yazıb. 

O bildirib ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün elan edilən karantindən sonra bu addımı atacaq: "Karantindən sonra toy qiymətini 50 faiz endirirəm. Reklam qiymətinə də keçərlidir. Bir-birimizə dəstək olaq".