Video 20:55 06.06.2020

Karantini pozan vətəndaşların polis görərkən etdikləri (VİDEO)

Xəbər verdiyimiz kimi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək sərt karantin rejiminə başlanılıb.

Bu ərazilərdə yaşayan sakinlərə yaşadıqları və ya olduqları yeri tərk etmək qadağan edilir, bu barədə Baş nazir Əli Əsədov qərar verib.

Lakin qadağalara baxmayaraq, bəzi vətəndaşlar küçələrə çıxır və növbə çəkən polisləri görən kimi ən ağılasığmaz hərəkətlər edirlər.

Gün ərzində oxu.az-a müxtəlif videolar göndərilib.