Xəbər lenti

Ekonomiks 18:39 03.03.2025

"Karvan 2002"nin işçisi sabun pullarını mənimsəməkdə ittiham edildi - Hökm oxundu

Azərbaycanda qeyri-qida şirkəti olan "Karvan 2002" Məhdud Məsuliyyətli Cəmiyyətinin 100 min manata yaxın vəsaitini mənimsəməkdə ittiham edilən işçisinə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, 1988-ci il tarixdə Qəbələ şəhərində anadan olmuş Kamran G.-nın Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılıb. 

Məhkəmədə məlum olub ki, Kamran 23 aprel 2017-ci ildən 5 iyul 2023-cü il tarixədək "Karvan 2002" MMC-də Türkiyə, Ukranya və Azərbaycan istehsalı olan sabun və yuyucu vasitələrin satışını həyata keçirib. O, şirkətin 4 rayon üzrə - İsmayıllı, Qəbələ, Oğuz və Şəkidə satış təmsilçisi kimi fəaliyyət göstərsə də, sifarişlər və mal qəbulu ilə məşğul olub. Aparılan araşdırma zamanı Kamran G.-nın təmsil etdiyi şirkətin 71.935,28 manat vəsaitini mənimsəməkdə ittiham edilib. 

Kamran isə məhkəmədə sözügedən vəsaitin 25 min manat olan hissəsini mənimsədiyini etiraf edib. Həmin puldan 4.000-5.000 manatını övladına, qalan 20.000 manatı işi ilə bağlı yaranan xərclərə sərf etdiyini deyib: "2017-ci ildə işdən çıxmaq istəyirdim. Çünki 4 rayon üzrə 200 manat yanacaq pulu alırdım. Şirkət məni ayda şənbə və bazar günləri daxil olmaqla 30 gün işlədirdi". 

MMC-nin direktoru Arzu Ələsgərov isə 71.935,28 manat şirkətə dəyən zərəri qaytarılmasını tələb edib.  

Məhkəmənin qərarı ilə Kamran G. 5 il müddətə şərti azadlıqdan məhrum edilib. Onun ümumi dəyəri 30 min manat olan əmlakı müsadirə olunub. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->