Dünya 13:18 15.10.2018

Kaşıkçı müəmması Səudiyyəyə baha başa gəldi: CEO-lar tədbirə qatılmaqdan imtina etdi

Konsulluqda mişarla doğranıldığı deyilən jurnalist Camal Kaşıkçı müəmması hələ açıqlanmasa da, ABŞ-Səudiyyə Ərəbistanı-Türkiyə gərginliyi artmaqda davam edir.

Qaynarinfo xəbər verir ki, bu ay Səudiyyənin paytaxtı Ər-Riyadda gerçəkləşdirilməsi planlaşdırılan "Gələcək İnvestisiya Təşəbbüsü Konfransı"na "JPMorgan"ın və "Ford"un CEO-sunun (baş icraçı direktoru) qatılmayacağı açıqlanıb.

"JPMorgan Chase"in CEO-sunun "Bölgənin Davos"u hesab edilən tədbirə qatılmama səbəbi rəsmi olaraq açıqlanmasa da, Kaşıkçı məsələsi ilə bağlı olduğu ehtimal edilir.

ABŞ-la Səudiyyə arasında yaşanan gərginliyin ardından ABŞ-ın xəzinə naziri Stiv Mnuçin də Riyad idarəçiliyinə uyğun cavab verəcəkləri siqnalını vermişdi. Belə ki, öncəki həftələrdə Mnuiçin tədbirə qatılacağını açıqlayan nazir sözçüsü bu həftə isə qatılıb-qatılmayacaqları ilə bağlı götür-qoy edəcəklərini söyləyib.

Konfransa qatılmayanların böyük əksəriyyəti buna səbəb kimi Kaşıkçının İstanbuldakı Səudiyyə konsulluğunda itməsini səbəb göstərirlər.

Onlar arasında nüfuzlu media orqanları da var.Belə ki, "CNN", "Financial Times", "New York Times", "CNBC" və "Bloomberg" tədbirə qatılmayacaqlarını açıqlayıblar.

Qatılmayanlar arasında "UBER"in CEO-su Dara Xosrovşahi, "Viacom"un CEO-su Bob Bakiş və milyarder Stiven Keyz də var.