Dünya 11:01 19.07.2017

Katolik kilsəsində çoxlu sayda azyaşlı cinsi zorakılığa məruz qalıb

Almaniyada Reqensburqer bölgəsində yerləşən katolik kilsəsinin məktəb xoruna daxil olan yüzlərlə uşağa qarşı fiziki və cinsi zorakılıq iddiası irəli sürülüb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, yayımlanan sənəddə 1945-1990-cı illərdə 547 oğlan uşağının fiziki və cinsi zorakılığa məruz qaldığı qeyd olunub. Bir qrup şəxs bu məsələdən xəbərdar olmaqda və hadisəyə müdaxilə etməməkdə günahlandırılır. Bu şəxslər arasında xorun rəhbəri sabiq Roma Papası XVI Benediktin qardaşı Cork Ratzingerin adı da var. 

Zərərçəkənlər yaşadıqlarını həbsxana, cəhənnəm və əsir düşərgəsi adlandırıblar. Hadisəni araşdıran vəkil Ulrix Veber araşdırma nəticəsində 500 uşağın fiziki, 67 uşağın isə cinsi istismara məruz qaldıqlarını müəyyənləşdirdiklərini açıqlayıb. O dövrdən uzun müddət keçdiyi üçün kilsədə oxuyan uşaqların bir qismi ilə əlaqə yaratmaq mümkün deyil və bu istismar edilən şagirdlərin daha artıq ola biləcəyini göstərir. 

Qeyd edək ki, sənəndə 49 kilsə nümayəndəsindən 9-u cinsi zorakılıqda ittiham edilir. Lakin hadisədən uzun müddət keçdiyi üçün bu məsələnin sübut edilməsi çətindir və günahkarların cəzalandırılmama ehtimalı var.

Gülşən

Qaynarinfo.Az