Dünya 10:16 18.10.2018

Katolik kilsəsində növbəti pedofiliya böhranı

ABŞ-ın Pensilvaniya ştatında 40 ildir çalışan Katolik rahib Deyvid Poulson haqqında irəli sürülən seksual zorakılıq ittihamlarını qəbul edilib.

Qaynarinfo xəbər verir ki, Poulson 8 və 15 yaşlı uşaqlara seksual hücumda günahlandırılırdı. Rahibə veriləcək cəzanın müddəti hələlik müəyyənləşdirilməyib.

Qeyd edək ki, Katolik kilsəsi son illərdə seksual zorakılıq ittihamları ilə gündəmdədir. Bu səbəbdən çox sayda din xadimi vəzifəsindən uzaqlaşdırılıb və həbs edilib.

Gülşən