Dünya 17:37 30.07.2018

Katolik kilsəsində növbəti pedofiliya istefası

Vatikan pedofiliya qalmaqalına görə növbəti yüksək rütbəli din xadiminin istefasını qəbul edib.

Qaynarinfo xəbər verir ki, Avstraliyanın Adeleyd şəhərinin baş yepiskopu Filip Vilson istefa verib. O, 1970-ci illərdə Sidneydə rahib Cim Fletçerin uşaqlara qarşı törətdiyi cinsi zorakılıq faktlarını gizlətməkdə ittiham edilir. Vilson barədə may ayında məhkəmədə hökm oxunmuş, onun günahkar olduğu elan edilmiş, 12 ay müddətinə nəzarətdə saxlanılmasına qərar verilmişdi. Rahib Cim Fletçer isə 2004-cü ildə pedofiliya ittihamı ilə həbs edilmiş, 2006-cı ildə dünyasını dəyişmişdi.

Qeyd edək ki, ötən həftə ABŞ-da pedofiliyada ittiham edilən kardinal Teodor Makkarrik Vatikana istefasını təqdim etmişdi.

Gülşən