Video 17:35 10.01.2022

KazMU rektorunun oğlu Almatıda iğtişaşlar zamanı öldürüldü (VİDEO)

Almatıdakı iğtişaşlar zamanı Qazaxıstan Milli Universitetinin rektoru Janseit Tuymebayevin oğlu Eldar öldürülüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Sputnik Qazaxıstan-a məlumatlı mənbə bildirib.

"O, avtomobili idarə edərkən avtomobilə atəş açılıb. Gənc yerindəcə keçinib", - mənbə bildirib.

Açıq mənbələrdən əldə edilən məlumata görə, Janseit Tuymebayevin oğlu Eldarın 26 yaşı olub.

KazNU rektorunun 1992-ci il təvəllüdlü Eldan adlı bir qızı var.

63 yaşlı Janseit Tuymebayev müxtəlif illərdə Qazaxıstanın Rusiya Federasiyasındakı səfiri, Qazaxıstanın təhsil və elm naziri, Türküstan vilayətinin akimi, Qazaxıstan Xalqları Assambleyasının sədr müavini olub.
 
Alpər