Ölkə 11:41 13.07.2017

Keçmiş polis rəisi dünyasını dəyişdi

Keçmiş polis rəisi dünyasını dəyişib.

"Qaynarinfo" oxu.az-a istinadən xəbər verir ki, 2006-cı ildən təqaüddə olan Salyan Rayon Mühafizə Polisinin rəisi, polkovnik-leytenant Elman Aslan oğlu Qəhrəmanov 69 yaşında vəfat edib.

O, iyul ayının 11-də rəhmətə gedib. 12 iyulda Salyan rayonu Şorsulu kəndində dəfn edilib.

Qeyd edək ki, Elman Qəhrəmanov 1976-2006-cı illərdə Salyan Rayon Mühafizə Polisinin rəisi vəzifəsində işləyib.

3 övladı var - iki oğlu, bir qızı. 

Elman Aslan oğlu Qəhrəmanov 20 avqust 1947-ci ildə Salyan rayonunda anadan olub.

Qaynarinfo.Az