Maqazin 08:02 27.10.2014

Keçmiş sevgililәri onu 50 milyon dollara satdı

Müğənni Cenifer Lopezin üç keçmiş sevgilisi - Cris Judd, Ojani Noa ve Casper Smart onun özəl həyatı ilə bağlı ortaq bir kitab yazacaq. 

Türkiyə mətbuatının yazdığına görə, eks sevgililər məşhur müğənniyə qarşı güclərini birləşdirir. 

Lopezin 11 il öncə ayrıldığı həyat yoldaşı Cris Judd bu günlərdə verdiyi bir müsahibədə deyib ki, Cenifer ilə yaşamaq çox çətin olub, çünki onun daim problemləri var idi. İndi isə Ceniferin 3 keçmiş sevgilisi dost olub və onlar xanım müğənninin özəl həyatına dair bütün sirləri dünyaya yayacaq. 

Adı açıqlanmayan nəşriyyatlardan biri isə üç sevgiliyə bu kitab qarşılığında 50 milyon dollar ödəyəcək./musavat.com

Qaynar.info