Video 18:31 20.01.2022

Kəlbəcər, Laçın və Murov yollarında vəziyyət necədir? (VİDEO)

Kəlbəcər və Laçın rayonları ərazisində yağıntı davam edir.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, yollarda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunması istiqamətində səhər saatlarından etibarən aparılan işlər davam etdirilir.
 
Agentlik Toğanalı-Kəlbəcər avtomobil yolu ilə bağlı da məlumat yayıb. Bildirilib ki, bölgədə yağıntı davam edir. Yolun Murovdağ hissəsində nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunması istiqamətində səhər saatlarından etibarən aparılan işlər davam etdirilir.