Video 21:48 24.05.2021

Kənd sakinləri su qıtlığından şikayət etsələr də, rəsmilər bunu təkzib edir (VİDEO)

Yay gələr-gəlməz Biləsuvar rayonunun İsmətli kəndində su problemi yaşanır. Sakinlərin sözlərinə görə, kənddə su problemi bir-iki günün deyil, əvvəllər də belə olub.

Belə ki, yay gəldi kanallarda su ərşə çəkilir. Su olmadığından bağ-bağatlarını, əkin sahələrini suvarmaqda çətinlik çəkirlər. 

Sakinlər deyir ki, su olarsa əkin sahələrinin vaxtında suvarar, bol məhsul əldə etməklə ailələrini rahat dolandıra bilərlər. 

Daha ətraflı Baku TV-nin süjetində: