Ekonomiks 19:45 28.08.2019

Kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalından ƏDV tutulmayacaq

Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, Sənədə əsasən Vergi Məcəlləsinin 164.1.34-cü maddəsində "idxalı və satışı” sözləri ", habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı” sözləri ilə əvəz edilir.

Bu dəyişikliklə kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı əlavə dəyər vergisindən (ƏDV) azad edilir.