Dünya 17:48 18.02.2019

Keniya Somali ilə diplomatik əlaqələri kəsdi

Keniya Somali ilə diplomatik əlaqələri kəsib.

Qaynarinfo xəbər verir ki, Somali səfiri Lukas Tumbo Keniyaya geri çağırılıb. Somalinin Nayrobi səfiri Məhəmməd Nur da ölkəsinə geri qayıdıb. Keniya Somalini iki ölkənin dəniz sərhədində yerləşən mübahisəli neft-qaz axtarış bölgəsini İngiltərədə auksiona çıxarmaqda ittiham edir. Somali hökuməti isə bu iddiaları rədd edib. Keniyaya göndərilən rəsmi məktubda Beynəlxalq Ədalət Məhkəməsi qərar vermədən belə bir satışın həyata keçirilməyəcəyi yazılıb.

Gülşən