Dünya 11:05 05.06.2019

Kəşfiyyat rəisi açıqladı: Bağdadi hardadır?

İŞİD terror təşkilatının lideri Əbu Bəkr Əl Bağdadi İraqın Suriya və Türkiyə ilə həmsərhəd ərazilərindədir.

Qaynarinfo xəbər verir ki, bu barədə İraqın hərbi kəşfiyyat rəisi Səid Mocer Əl Allak məlumat yayıb. Onun sözlərinə görə, İŞİD terrorçuları İraq və Suriya sərhədində, Homs əyaləti, Anbar səhrası, Mosuldan cənubda, həmçinin İraq, Türkiyə, Suriyada kiçik qruplar şəklində fəaliyyət göstərir. Böyük məğlubiyyətlərlə üzləşən terror təşkilatı fəaliyyətini mütəşəkkil formada davam etdirmək iqtidarında deyil və qruplaşma arasında ciddi ixtilaflar var.

Qeyd edək ki, İŞİD lideri Bağdadinin ötən həftələrdə 5 ildən sonra ilk dəfə görüntüsü yayılmışdı.

Gülşən