İdman 12:00 09.11.2013

Keşişlərlə mollalar futbol oynayacaq

Türkiyədə keşişlərlə mollalar futbol oynayacaq. 

Anspress-in türk mətbuatına istinadən verdiyi məlumata görə, Ədirnə şəhərində təşkil olunacaq matçda türk mollaları ilə Bolqarıstandan gələcək keşişlər qarşı-qarşıya gələcək. 

"Darül Hədis" Məscidinin imamı Mahmud Əroğlu, futbol matçının simvolik olacağını və dünyaya sülh mesajı vermək istədiklərini deyib. 

O bildirib ki, matç üçün xalça sahədə məşqlər edərək oyuna hazırlaşırlar: "Buradan dünyaya bir mesaj vermək istəyirik. Biz din adamları, dinimizi ən yaxşı şəkildə təmsil etmək məcburiyyətindəyik. İslam, sülh, sevgi və səmimiyyət dinidir. Biz Bolqarıstandakı keşişlərlə bir araya gəlib, bir cəmiyyətdə yaşamaq istəyirik. Necə ki, Peyğəmbərimiz (s) bütün dinlərin mənsubları ilə bir cəmiyyətdə və bir şəhərdə yaşayıb. Biz də digər din xadimləri ilə birlikdə yaşayırıq".

Qaynar.info