"Kiçik kafe və açıq havada olan restoranların açılması məsələsi müzakirə edilir".
Qayanrinfo xəbər verir ki, bunu Nazirlər Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
Yaqut Qarayeva bildirib ki, kiçik kafelər və açıq havada olan restoranlarla bağlı məsələlər müzakirə edilir:
"Qida qəbul edəndə istər-istəməz maskadan istifadə mümkün olmur. Bu məsələlər müzakirə edilir. Mərhələli şəkildə buna getmək lazımdır. Birdən-birə açılmalar kütləvi yoluxmalara səbəb ola bilər”.
Şərhlər