Sağlamlıq 20:10 05.06.2020

Kilosu 15 min dollara satılan ağ çayın faydaları

Dünyada "imperatorların çayı" olaraq bilinən və kilosu 1000 - 15 min dollar arası satılan ağ çayın insan orqanizminə bir çox faydaları var.

Qaynarinfo xəbər verir ki, ağ çay bitkinin tumurcuq və cavan yarpaqlarından yığılır, birbaşa Günəş işığı ilə qurudularaq qıcqırma prosesinə məruz qalmadan minimum oksidləşmə ilə əldə edilir. Qanda xolestrolun səviyyəsini salır, yağların parçalanmasını sürətləndirir, bədənin antioksidant səviyyəsini artırır, xərçəng hüceyrələrinə məhvedici təsir göstərir.

Mütəxəssislərin sözlərinə görə, xüsusən, bağırsaq xərçənginə qarşı olduqca təsirlidir.

Bi neçə ağ çay çubuğu isti suda 5 dəqiqə qaldıqdan sonra içməli olur. Adından da göründüyü kimi ağ olur. Bu çayın ən böyük özəlliyi heç bir fabrik işindən keçmədən xüsusi metodla qurudulmasıdır. Yığımı çox əziyyətli olduğundan qiyməti də bir az bahadır. 
 
Ağ çayı ədviyyatlarla saxlamaq məsləhət deyil. Digər çaylar kimi ağ çay da ətrafında olan ədviyyatların dadını özünə çəkir. Əgər ağ çayın bütün faydalı xassələrini və onun ətrini özündə saxlamaq istəyirsinizsə, onda onu kağız paketlərdə saxlamaq məsləhət görülmür.

Yadda saxlamaq lazımdır ki, əsl ağ çay sənaye qablaşdırılması kimi qablaşdırılmır, çünki o çox həssasdır. May-iyun aylarında onu almaq tövsiyə olunur. Yığımdan sonra elə də çox vaxt keçməsinə baxmayaraq çay öz ətrini və təravətini hələ də saxlayır.

Camal