Foto 19:32 04.11.2017

Diktatorun fan-klubu yaradıldı (FOTOLAR)

Şimali Koreya lideri Kim Çen İnin Yaponiyanın paytaxtı Tokioda fan-klubu yaradılıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, nüvə və ballistik raket sınaqları ilə bütün dünyaya meydan oxuyan Kim Çen İnin fan-klubunda Şimali Koreyaya aid kitab, poster, hərbi geyim, nişan və s. əşyalar var. Fan-klub üzvləri hərbi geyim geyinərək və nişan taxaraq vaxt keçirirlər. 

Fan-klubun rəhbəri olan Çunhun adlı qadının evində Şimali Koreya liderinin fotolarından ibarət albom var. Klub üzvləri olan qadınlar yalnızca bu ölkəyə aid makiyaj vasitələrindən istifadə edirlər.

Gülşən
Qaynarinfo.Az