Xəbər lenti

Kim Çenin bacısı danışdı: ABŞ bunu boş yerə gözləyir...
Dünya 10:55 22.06.2021

Kim Çenin bacısı danışdı: ABŞ bunu boş yerə gözləyir...

Şimali Koreya lideri Kim çenin bacısı və hakim KXDR partiyasındakı yüksək səviyyəli məmuru Kim Yo-Çjon ABŞ-ın ölkəsi ilə bağlı səhv gözləntiləri olduğunu deyib. 

Qaynarinfo xəbər verir ki, Şimali Koreyanın hakim ailəsinin üzvü amerikalıların bu şəkildə özlərinə təsəlli verməyə çalışdıqlarını vurğulayıb.

Kim Yo-Çjon bu barədə ABŞ Milli Təhlükəsizlik üzrə məsləhətçisi Ceyk Sallivanın sözlərinə cavab olaraq danışıb. Bundan əvvəl amerikalı jurnalistlərə açıqlamasında Kim Çenin son çıxışında Pxenyanın ABŞ ilə qarşıdurmaya hazırlaşdığı kimi diplomatiyaya da hazırlaşdığını göstərən bir "maraqlı siqnal" gördüyünü bildirmişdi.

Eyni zamanda, ABŞ-ın KXDR üzrə xüsusi nümayəndəsi Son Kim Cənubi Koreyaya səfər edib. O, Cənubi Koreyalı və yaponiyalı həmkarları ilə üçtərəfli görüşdə deyib ki, Vaşinqton Pxenyanın Şimal ilə Güney arasında dialoqun davam etdirilməsinə razı olacağına ümid edir.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->