Foto 19:39 07.01.2018

Kişi ona gülən idmançı sevgilisinə 88 bıçaq vurdu (FOTO/VİDEO)

Yevgeni Markov adlı kişi sevglisi, rus idmançı İrina Kozlovanı ona güldüyü üçün 88 yerindən bıçaqlayaraq öldürüb. Qaynarinfo xəbər verir ki, cani bir restoranda yemək yeyərkən yaxalanıb.

Xizəkçi olan İrina Kozlovanı öldürən qatil buna səbəb olaraq qızın ona lağ etməsini göstərib. Avtoyuma məntəqəsində çalışan Yevgeni Markov sevgilisinə iş adamı olduğunu deyib. Lakin idmançı xanım onun əsl işini öyrənib və zarafat edərək gülməyə başlayıb. Yevgeni Markov bunu unutmayıb. 

O, plan hazırlayaraq sevgilisinə romantik sürpriz edəcəyini bildirib və ən sevdikləri yerə gedərək onu gözləməsini istəyib. Daha sonra onun yanına gələn qatil maşında gözləyən İrinaya gözlərini yummasını tapşırıb. Sürprizi gözləyən idmançı ardıcıl bıçaq zərbələri ilə sarsılıb. 88 bıçaq zərbəsi vuran cani olay yerindən uzaqlaşıb. İranın cəsədi Sibirdəki Ust-Mana kəndində maşında tapılıb.

Qeyd edək ki, bir müddət əvvəl boşanın İrana qısa zamandı Yevgeni ilə görüşürmüş.