Dünya 15:06 19.05.2018

Kişilərin ölüm riski daha azdır

İtaliyada aparılan araşdırmaya görə bədənin immun sistemini hərəkətə gətirən yeni nəsil xərçəng dərmanları kişilərdə qadınlarla müqayisədə 2 qat daha yaxşı nəticə verir. 

Qaynarinfo xəbər verir ki, "Lancet” adlı onkologiya jurnalında dərc edilən araşdırma nəticələrində yazılır ki, "immunoterapeya” adlı üsulla müalicə alan xərçəng xəstələri nin yaşama müddəti analiz edilib. Mütəxəssislər bundan öncə də aparılan 20 təcrübədən seçilən 11 mindən çox xəstənin vəziyyətini müşahidə altına alıb. Xəstələrin üçdə ikisi kişi, digərləri qadın olub. 

Əldə olunan nəticə göstərib ki, dərmanlar kişilərdə ölümü 100/28 azaldır. Belə ki, mütəxəssislər müəyyən edib ki, xərçəngin növündən və müalicə metodundan asılı olmayaraq, kişilərdə ölüm halları daha az olur. 

Nərmin Həsənli