Ekonomiks 13:00 03.04.2020

KİV: ABŞ neftçiləri Rusiya və Səudiyyəyə qarşı sanksiyalar tələb etdi

ABŞ Rusiya və Səudiyyə Ərəbistanına qarşı sanksiyalar tətbiq etməli və bununla da onları neft hasilatını azaltmağa məcbur etməlidir. 

Qaynarinfo xəbər verir ki, bu cür ABŞ-ın "qara qızıl" istehsalçıları düşünür.

"Financial Times” qəzetinin yazdığına görə, onlar Moskva və Ər-Riyada qarşı məhdudlaşdırıcı tədbirləri dəstəkləmək üçün lobbi kampaniyası başladıblar.

Onlar xüsusilə, Rusiya Federasiyası və Səudiyyə Ərəbistanına qarşı rüsumlar tətbiq edilməsini istəyirlər. Sanksiyalar siyahısına Ər-Riyada hərbi yardımın dayandırılması, Rusiya enerji mənbələrinə tariflərin tətbiqi də daxil edilə bilər.

Digər tərəfdən, Moskva Vaşinqtonla əməkdaşlığa razılıq verərsə, ABŞ Rusiya Federasiyasındakı mövcud rüsumları ləğv etməyə hazırdır.

Bununla yanaşı, OPEC artıq neft bazarındakı vəziyyətlə əlaqədar OPEC+ ölkələrinin təcili iclasını çağırıb. Videokonfrans 6 apreldə baş tuta bilər.
 
Alpər