KİV: Bill Klinton qan zəhərlənməsi ilə xəstəxanaya yerləşdirildi

KİV: Bill Klinton qan zəhərlənməsi ilə xəstəxanaya yerləşdirildi

Media ABŞ-ın keçmiş prezidenti Bill Klintonun İrvine Universitetinin Kaliforniya Tibbi Mərkəzində Covidlə bağlı olmadığı deyilən bir infeksiya üzündən xəstəxanaya yerləşdirildiyini yazıb.

Qaynarinfo CNN-ə istinadla xəbər verir ki, siyasətçinin qanının zəhərləndiyi bildirilir.

Keçmiş prezident sepsis olaraq bilinən qan zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib.

"Sağalır, yaxşı əhval-ruhiyyədədir və həkimlərə sonsuz minnətdarlığını bildirir, tibb bacılarını və ona əla qulluq göstərən işçiləri soruşur", - CNN telekanalının aparıcısı Kris Kuomo şousunun əvvəlində deyib.

75 yaşlı keçmiş dünya lideri çərşənbə axşamı günü Klinton Vəqfi ilə əlaqəli bir tədbirdə Kaliforniyada olarkən özünü pis hiss edib.
 
Alpər
XƏBƏRLƏR
BLOGLAR
X