Dünya 15:32 14.09.2020

KİV: İran Trampdan Süleymaniya görə qisas almağın yolunu axtarır

İran hökuməti ABŞ-ın CAR-dakı səfiri Lana Marksın öldürülməsi ilə bağlı təxribat hazırlayır. 

Qaynarinfo bu barədə "Politico”ya istinadla xəbər verir.

Nəşrin mənbələrinə görə, Tehran yanvar ayında İran İnqilab Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin öldürülməsinə görə Donald Trampdan qisas almağın yollarını axtarır.

Məqalədə qeyd olunur ki, təxribatın uğurlu nəticəsi olduğu təqdirdə, ABŞ ilə İran arasındakı münasibətlər xeyli dərəcədə pisləşəcək və bundan sonra Tramp "intiqam alacaqmı” sualı ilə qarşılaşacaq.

Məlumdur ki, ABŞ rəsmiləri yazda səfirlərinə qarşı təhdidin fərqində idilər, lakin son həftələrdə bu təhdid daha çox hiss olunur. ABŞ hökumətinin sözçüsünün verdiyi məlumata görə, İranın Pretoriyadakı səfirliyi sui-qəsddə iştirak edib.
 
Alpər