Dünya 10:11 10.08.2020

Kiyev Krım tatarlarının yerli xalq statusunu qanuniləşdirməyə hazırlaşır

Ukrayna hökuməti yerli xalqları müəyyənləşdirəcək və qanunvericilik səviyyəsində təmin edəcək bir qanun layihəsi üzərində işləyir. 

Qaynarinfo xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib. Xüsusilə sənəddə Krım tatar xalqının yerli olduğu statusu göstəriləcək.
 
Prezident Facebook səhifəsində izah edib ki, yarımadanın Rusiya tərəfindən işğalından sonra Krım tatarlarının hüquqlarının müdafiəsi daha da aktuallaşıb.

"Bu məsələnin həlli çoxdan keçmişdi və biz nəhayət buna son qoymalıyıq. Bu həmrəylik bayramını mütləq azad Baxçasarayda və Krımda qeyd edəcəyik. İndi Krım tatarlarının hüquqlarını qorumalı və elə etməliyik ki, hazırda öz tarixi vətənlərində - Krımda tam inkişaf edə bilməyən xalqın dili və mədəniyyəti qorunub saxlanılsın", - Zelenski deyib. 
 
Alpər