Dünya 11:46 02.02.2013

Klinton postu ilə vidalaşdı

Fəaliyyət müddəti başa çatan ABŞ dövlət katibi Hillari Klinton Dövlət Departamentində onun üçün təşkil olunan mərasimdə vida çıxışı edib.
 
Qaynar.info-nun məlumatına görə, Departament binasının qarşısında işçilərə müraciət edən Klinton vida çıxışınndan sonra alqışlarla oradan ayrılıb.

Mətbuatın olduğu mərasimdə Klinton vida çıxışı üçün ABŞ dövlət katibinin müavini Uilyam Börns tərəfindən təqdim edilib.

Dövlət Departamentinin işçiləri tərəfindən açılan "Təşəkkür edirik" plakatın yanında çıxış edən Klinton ötən gün ABŞ-ın Türkiyədəki səfirliyinin qarşısında baş vermiş partlayışa da toxunub.

Çox qarışıq və təhlükəli bir zamanda yaşadıqlarına diqqət çəkən Klinton, "Ankaradakı səfirliyimiz hücuma məruz qaldı və bir işçimizi də itirdik" deyib.

Klinton məsələ ilə bağlı səfir Frensis Rikkardione və Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə dəəlaqə saxladığını deyib.

Qaynar.info