Foto 13:11 25.01.2018

Klonlamada mühüm irəliləyiş: alimlər meymunu klonlamağa nail oldu (FOTOLAR)

1996-cı ildə Dolli adı verilən qoyunun klonlanmasından sonra ilk dəfə klonlama sahəsində müvəffəqiyyət əldə edilib.

Qaynarinfo xarici KİV-ə istinadaən xəbər verir ki, Çin alimləri makaki meymununun klonlamağa nail olublar. Bu, insan klonunun yaradılmasına doğru atılan ən mühüm addım hesab olunur.

Meymunlara Zonq Zonq və Hua Hua adları verilib. Onlar bir müddət öncə Çindəki laboratoriyaların birində doğulublar. Zonq Zonq digər əkizindən 8 həftə sonra döğulub. Bəziləri bu kəşfin gələcəkdə insanların klonlaşdırılmasına aparıb çıxaracağını düşündüyü üçün buna qarşı çıxırlar. Alimlər isə klon meymunların insan xəstəliklərinin araşdırılmasına böyük töhvə verəcəyini düşünür.

Çin Elmlər Akademiyasının Sinir Sistemləri İnstitutunun üzvü Qianq Sun xərçəng və immunitet sisteminin pozulması kimi genetik əsaslı xəstəliklərin araşdırılmasında klon meymunlardan istifadə edilə biləcəyini bildirib.

Alimlər yeni yaradılan klonun normal davranış sərgilədiyini qeyd edirlər. Gələn həftədən daha çox makaki meymununun klonlaşdırılacağı gözlənilir.