İdman 18:01 07.05.2013

Klub prezidenti vəfat etdi

Türkiyənin "Bursaspor" klubunun prezidenti İbrahim Yazıcı müalicə aldığı xəstəxanada vəfat edib. 

Qaynar.info-nun məlumatına görə, Bursa xəstəxanasının baş həkimi Nadir Şənər verdiyi açıqlamasında Yazıcının bazar günü xəstəxanaya ürək çatışmazlığı səbəbindən gətirildiyini və bu səbəbdən öldüyünü deyib. 

Baş həkim klub prezidentinin reanimasiya vəziyyətində belə səhhətinin ciddi risq olduğunu bildirib: "Bu gün səhər onun yenidən ürəyi dayandı. yenidən həyata qaytarılsa da, sonradan onu həyata qaytara bilmədik. Allahdan onun ailəsinə səbr diləyirik". 

Qaynar.info