İdman 20:28 30.01.2019

Klublarımızın transfer xərcləri məlum oldu

FİFA 2018-ci ildə klubların transferlərə xərclədiyi vəsaiti açıqlayıb.

Qaynarinfo xəbər verir ki, hesabata əsasən, ötən il Azərbaycan klubları transferlərə 2.1 milyon dollar xərcləyib. Klublarımızın transfer gəlirləri isə ümumilikdə 1.4 milyon dollar təşkil edib. 

Qeyd edək ki, 2017-ci illə müqayisədə Azərbaycan təmsilçilərinin transfer xərcləri 61,6% azalıb, gəlirləri 95.7% artıb. (azvision.az)