İdman 12:39 25.11.2013

Klubun taktikasını satan futbolçu qovulur


"Bavariya"nın Bundesliqanın son turunda "Borussiya" (Dortmund) klubunu 3:0 hesabı ilə məğlub etdiyi matçdan öncə Münhen təmsilçisinin hansı taktika ilə oynayacağı mətbuata ötürülüb.

Qol.Az-ın məlumatına görə, "Bild" qəzetində "Bavariya"nın bu önəmli qarşılaşmada necə taktika ilə oynacağı ilə bağlı xəbər öz əksini tapıb.

Bu məlumatın "Bavariya"nın futbolçularından birinin verdiyi iddia edilib. Klubun baş məşqçisi Pep Qvardiola bu hərəkəti kimini edəcəyindən asılı olmayaraq onun komandadan qovulacağını deyib: "Mən belə oyunçunun komandada qalmasını istəmirəm. Bu xəyanətdir".

Qaynar.info