Ölkə 23:34 14.03.2019

Köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər azyaşlı qapının kilidlənməsi nəticəsində evin zirzəmisində köməksiz vəziyyətdə qalıb.

Qaynarinfo FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasediciləri qapını açaraq uşağı aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.