Video 10:47 22.11.2021

Könül Kərimova yenə imicini dəyişdi, əvvəlki Könül oldu (VİDEO)

Əməkdar artist Könül Kərimova yenə imicini dəyişib. 

Qaynarinfo xəbər verir ki, stilist Pərviz Mirzəyev sənətçini bu dəfə səhnəyə təzə çıxan vaxtlarına qaytarıb. Müğənni saçlarını qısa kəsdirib və qaşlarında dəyişiklik edib.

Könül Kərimovanın yeni imici izləyicilərin müzakirəsinə səbəb olub. 

Tamaşaçıların bəziləri onu həmkarı Nazəninə bənzədiyini, bəziləri isə sifətini dəyişdirdiyini deyib. 

Bahar